Polşadan 100 vətəndaşımız Bakıya gətirildi: Karantinə yerləşdiriliblər

Polşadan 100 vətəndaşımız Bakıya gətirildi: Karantinə yerləşdiriliblər

21 May, 20:55 Sosial mediada paylaşın:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməkdə davam edir.

QSC-dən bildirilib ki, mayın 21-də Varşavadan Bakıya çarter reyslə 100 nəfər Azərbaycan vətəndaşı gətirilib. Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. Daha əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq AZAL aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.

CANLI YAYIM