“Ermənistanda Njdeni əksəriyyət milli qəhrəmanları hesab edir” - Tanınmış fransız jurnalist AzTV-ə danışdı

“Ermənistanda Njdeni əksəriyyət milli qəhrəmanları hesab edir” - Tanınmış fransız jurnalist AzTV-ə danışdı

21 May, 20:03 Sosial mediada paylaşın:

Ermənistanda faşizmə sevgi, İkinci Dünya müharibəsi zamanı faşistlərə xidmət etmiş Qaregin Njdeni erməni cəmiyyətinin qəhrəman kimi qəbul etməsi, onun paytaxt Yerevanda abidəsinin ucaldılması dünya gündəminin əsas müzakirə mövzularından biridir.

Artıq Ermənistana yaxınlığı ilə seçilən Fransa mətbuatında da işğalçı Ermənistanın faşizm sevgisi müzakirə mövzusuna çevrilib. Bu günlərdə tanınmış fransız jurnalist və tarixçi Alen Rumenstan Njde və Ermənistandakı faşizm təbliğatı ilə bağlı məqalə yazıb.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinə “Skype” vasitəsilə bağlanan jurnalist yazdığı məqalədən danışıb. O, bu məsələyə münasibət bildirərkən deyib ki, İkinci Dünya müharibəsi ilə həmişə maraqlanır: “Bilirsiniz, bizdə də Qaregin Njde kimi faşistlərlə əməkdaşlıq etmiş Marşal Filip Petain var. O, Avropa Almaniyası qurmaq ideyasına xidmət edib. Qaregin Njde və onun kimilər, İkinci Dünya müharibəsi illərində hesab edirdilər ki,  Avropanı məhz bu ideologiya - nasizm və faşizm ideologiyası əsasında yenidən qurmaq olar. Həmin tip şəxslərin etdikləri əməkdaşlıq, sonradan faşizmə ximətlə nəticələndi. Ona görə də Njdenin özü və qulluq etdiyi ideologiya ilə maraqlandım, bu məqaləni yazdım. O da həqiqətdir ki, Njdeni Ermənistan ictimaiyyətində "milli ata" kimi səciyyələndirənlər var. Təəssüf ki, Fransada da bu tendensiya var. Bəziləri marşal Petaini, ermənilər Njdeni qəbul etdikləri kimi qəbul edirlər. Onlar hesab edirlər ki, Petain İkinci Dünya müharibəsində Fransanı xilas etmək üçün əlindən gələni edib. Amma bizdə o düşüncədə olanlar azlıq təşkil edir. Ermənistanda isə əksinədir, Njdeni əksəriyyət milli qəhrəmanları hesab edir. Ermənistan daxilindəki bu siyasi baxışları göz önünə gətirən Paşinyan hər şeyi yerinə qoya bilmir, tarixi həqiqətləri söyləmir. Çünki erməni cəmiyyəti buna hazır deyil. Xüsusən Azərbaycan və digər qonşuları ilə fiziki və ideoloji mübarizədədirlər. Njdedən də bu mənada geniş istifadə olunur. Hesab edirəm ki, Ermənistan əhalisinin əksəriyyəti Njdenin abidəsinin sökülməsinə qarşıdır".

CANLI YAYIM