İctimai nəqliyyat vasitəsilə 967 milyondan çox sərnişin daşınıb

İctimai nəqliyyat vasitəsilə 967 milyondan çox sərnişin daşınıb

30 İyul, 16:53 Sosial mediada paylaşın:

Bu ilin yanvar-iyun aylarında ictimai nəqliyyat vasitəsilə 967 milyondan çox sərnişin daşınıb. Onlarında  87,7 faizi avtobuslardan istifadə edib.

İşə, dərsə və ya hansısa bir ünvana gedib-qayıdarkən müxtəlif ictimai nəqliyyat vasitələrindən-metrodan, avtobusdan, yaxud taksidən istifadə edirik. Sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatmaları üçün isə müxtəlif tədbirlər görülür. Statistikaya əsasən müntəzəm marşrut xətləri ilə gün ərzində 2 milyon 200 min nəfər daşınır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir:

“Ay ərzində bu 60 milyon sərnişin deməkdir. Bizim istəyimiz daha çox insanın müntəzəm marşrut xətlərindən istifadəsini təmin etməkdir. Təbii ki, bunun üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Avtobus parkının yenilənməsi işləri aparılır, müasir avtobuslar gətirilir, marşrut xətlərinin optimallaşdırılması işləri aparılır.

Siyahıda ikinci yeri unikal sərnişindaşıma vasitəsi olan metro tutur. Belə ki, bu ilin 6 ayı ərzində nə az, nə çox 116 milyon nəfər mənzil başına çatmaq üçün metrodan istifadə edib. Bu da təbii ki, yeraltı yolların həm vaxt baxımından sərfəli, həm də təhlükəsiz olması ilə əlaqədardır.

Hava nəqliyyatı ilə isə 1 milyon 127 min, yəni 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz daha çox sərnişin daşınıb. Yük daşımalarının həcminə görə liderlik avtomobil nəqliyyatındadır. Bu vasitə ilə 72,2 milyon ton yük daşınıb ki, bu da ötən ilə nisbətən 1,9 faiz artım deməkdir.

 

Aztv.az

 

CANLI YAYIM