Ali təhsil müəssisələrinə qəbul imtahanlarının sualları bu il daha asan olacaq? - DİM-dən cavab

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının sualları bu il daha asan olacaq? - DİM-dən cavab

21 May, 12:44 Sosial mediada paylaşın:

Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı sualların sadələşdiriləcəyi, ötən illərlə müqayisədə daha asan olacağı, bunun isə müsabiqə şərtlərini çətinləşdirəcəyinə dair iddialar irəli sürülüb.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova Azərbaycan Televiziyasının “Telesəhər” verilişində qonaq olaraq iddialara cavab verib. N.Hüseynova bildirib ki, qəbul qaydalarındakı dəyişikliklər məcburiyyətdən irəli gəlib: “Qəbul qaydalarında dəyişikliklər olub. Dəyişikliklər pandemiyanın diqtə etdiyi qaydalardan irəli gələrək edildi. Məcbur olub dəyişiklik etdik. Amma mən deməzdim ki, qəbulda suallar asan olacaq. Sadəcə olaraq biz elan etmişik ki, buraxılış imtahanlarında, qəbul imtahanlarının birinci mərhələsində açıq sualların sayı az olacaq. Çox güman ki, valideynlər bunu əsas götürərək sualların asanlaşdırılacağını deyirlər”.

CANLI YAYIM