Vladimir Putin Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı tapşırıq verib

Vladimir Putin Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı tapşırıq verib

20 May, 22:40 Sosial mediada paylaşın:

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı tapşırıq verib.

Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib. Xatırladaq ki, koronovirus pandemiyası ilə əlaqədar Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər yaranıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə tapşırıq Dağıstan Respublikasının rəhbərliyi ilə keçirilən videomüşavirədən sonra verilib. Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb. Eyni zamanda, V.Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.

CANLI YAYIM