PUA heyətləri tapşırıqları yerinə yetiriblər

PUA heyətləri tapşırıqları yerinə yetiriblər

20 May, 15:52 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə olunan məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, PUA heyətləri, həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə olunması məntəqəsinə göndərilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

CANLI YAYIM