Almaniyadan 190-dan çox vətəndaşımız Azərbaycana təxliyə edilib

19 May, 21:20 Sosial mediada paylaşın:

Almaniyada səfərdə olan və pandemiya səbəbindən Azərbaycana dönə bilməyən soydaşlarımızın bu gün təxliyəsi həyata keçirilib.

AzTV-nin xəbərinə görə, Berlin-Bakı çarter reysi ilə 190 nəfərdən artıq Azərbaycan vətəndaşı Almaniyadan vətənə təxliyə edilib. Təxliyə prosesi vətəndaşlarımızın Almaniyadakı Azərbaycan səfirliyinə müracəti əsasında baş tutub. Bakıya gələn vətəndaşlarımız Azərbaycan dövlət rəhbərliyinə, aidiyyəti qurumlara minnətdarlıq ediblər.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən digər ölkələrdən təxliyə olunmuş həmvətənlilərimiz kimi, Almaniyadan Azərbaycana gətirilən vətəndaşlarımız da bir müddət karantində saxlanılacaqlar.

CANLI YAYIM