Azərbaycanın pandemiya dövründəki təşəbbüsləri dünyanın diqqət mərkəzində - “Hədəf”də müzakirə

Azərbaycanın pandemiya dövründəki təşəbbüsləri dünyanın diqqət mərkəzində - “Hədəf”də müzakirə

18 May, 16:16 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik-informasiya buraxılışının bu dəfəki buraxılışının müzakirə mövzusu Azərbaycanın pandemiya dövründəki təşəbbüsləri və praktik addımları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilməsi olub.

Verilişin qonaqları Millin Məclisin deputatları Səməd Seyidov, Mahir Abbaszadə və Hikmət Babaoğlu olub.

Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu, CISCO şirkətinin rəbərliyinin ölkəmizin başçısına müraciəti barədə danışaraq deyib ki, pandemiyadan qurtuluş yolu birləşməkdədir və qısa müddətdə dünyaya təsir göstərən addımlar Azərbaycanın təşəbbüsü ilə edildi: “Elə ölkələr var ki, pandemiya dövründə normal siyasət aparmaq iqtidarında olmadılar. Nəinki ölkələr, həm də böyük birliklər... Elə Avropa Birliyi ilə bağlı sual ortaya çıxdı. Böyük dövlətlər bu problemin qarşısında aciz qaldılar. Ancaq Azərbaycanda olan təşəbbüslər məhz Trampın göndərdiyi məktubda gözəl şəkildə əks olunub. Böyük dövlətdən əlavə, böyük xalq məsələsi də var. Böyüklük coğrafi məsələlərlə müəyyən olunmur. Azərbaycanın gördüyü işlər, irəli sürdüyü təşəbbüslər, onlayn konfranslar, dünyaya təqdim olunan bu bəladan çıxış yolları böyük xalqın gördüyü işlərdir”.

Hikmət Babaoğlu Trampın məktubuna diqqət çəkərək qeyd edib ki, burada 5 istiqamət üzrə mesajlar var. Deputat həmin istiqamətlərin hansılar olduğundan bəhs edib.

Mahir Abbaszadə isə vurğulayıb ki, bəzi dövlətlər pandemiya ilə mübarizə ilə bağlı hər hansı qərarlar qəbul etmiş ola bilərlər, lakin onu həyata keçirə bilmədilər.

CANLI YAYIM