Cəbhə bölgəsində yerləşən hərbi hissədə tədbir keçirilib

30 İyul, 13:30 Sosial mediada paylaşın:

Müdafiə Nazirliyinin illik fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun ön xətt bölmələrində şəxsi heyətin asudə vaxtının səmərəli təşkili ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin, respublikamızın tanınmış müğənnilərinin iştirakı ilə şəxsi heyətə maraqlı konsert proqramı təqdim edilib.