Miqrasiya qanunvericiliyini pozan 184 əcnəbi saxlanılıb

Miqrasiya qanunvericiliyini pozan 184 əcnəbi saxlanılıb

30 İyul, 11:30 Sosial mediada paylaşın:

Dövlət Miqrasiya Xidmətinin (DMX) ötən həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

Saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 166 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

CANLI YAYIM