Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibəti ilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibəti ilə paylaşım edib

10 May, 00:25 Sosial mediada paylaşın:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində Heydər Əliyevin doğum günü münasibətilə fikirlərini paylaşıb.

Paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

CANLI YAYIM