7 ölkənin opera ifaçılarından 75 illiyə hədiyyə - Mədəniyyət TV-nin yeni layihəsi

9 May, 12:55 Sosial mediada paylaşın:

9 May faşizm üzərində qələbənin 75 illiyi münasibətilə “Mədəniyyət” kanalı “Heç kim və heç nə unudulmur” adlı yeni layihə təqdim edib.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımovdur.

Videoçarxda istifadə olunan mahnının musiqisi Pikə Axundovaya, sözləri Şahin Musaoğluna aiddir.

Qeyd edək ki, yeni layihədə müxtəlif ölkələrin tanınmış opera ifaçıları – Ramil Qasımov (Azərbaycan), Firuza Yusupova (Özbəkistan), Elnura Samarbekova (Qırğızıstan), Zarina Altimbayeva (Qazaxıstan), Boqdan Pançenko (Ukrayna), Vladimir Qromov (Belarus), Maksim Perebeynov (Rusiya) iştirak ediblər.

Dirijor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevdir.

Videoçarx gün ərzində Mədəniyyət TV-də yayımlanacaq.

CANLI YAYIM