AzTV “Ana və poçtalyon” əsərinə film çəkdi

7 May, 13:48 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan SSR Xalq şairi Süleyman Rüstəmin “Ana və poçtalyon” əsəri əsasında eyni adlı qısametrajlı bədii film hazırlayıb.

1943-cü ildə qələmə alınmış əsərə çəkilmiş film Böyük Vətən müharibəsində qazanılmış qələbənin 75 illiyinə həsr olunub.

Filmin ideya müəllifi və layihə rəhbəri Əməkdar incəsənət xadimi Etibar Babayev, rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədovadır.

“Ana və poçtalyon” 9 may saat 18:30-da AzTV-də efirə gedəcək.

CANLI YAYIM