Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir

27 İyul, 13:22 Sosial mediada paylaşın:

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyinin, aidiyyəti dövlət qurumlarının və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb.