“Jara-2019”un ikinci gününün konserti tamaşaçılara əsl bayram ab-havası yaşadıb FOTOLAR

27 İyul, 10:31 Sosial mediada paylaşın:

İyulun 26-da “Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılara əsl bayram ab-havası yaşadıb.

Bu gün həm ayrı-ayrı ifalar, həm də duetlərlə yadda qalıb. Konsert çərçivəsində Qriqori Lepsin, Stas Mixaylovun və “Lyube” qrupunun yaradıcılıq gecələri keçirilib.

Qriqori Leps, Stas Mixaylov, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Emin, Diana Arbenina, Filip Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camalın, həmçinin “Lyube”, “Cosmos Girls”, “Novıe samotsvetı”, “Fabrika”, “Ruki Vverx”, “Otpetıe moşenniki” və “Artik & Asti” qruplarının ifaları və digər çıxışlar gecəni daha da rəngarəng edib.

Bu maraqlı musiqi bayramı üçün Xəzərin sahilində müxtəlif videoinstalyasiyaları nümayiş etdirməyə imkan verən möhtəşəm səhnə qurulub.

Konsert proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousunun təqdimatı tamaşaçıların zövqünü oxşayıb. Bir sözlə, təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirib.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.