Finlandiyada Azərbaycan muzeylərinə virtual səyahət təşkil olunacaq

Finlandiyada Azərbaycan muzeylərinə virtual səyahət təşkil olunacaq

5 May, 10:34 Sosial mediada paylaşın:

Finlandiya azərbaycanlıları Azərbaycan muzeylərinə virtual ыэнфрэе layihəsinə start verir.

Bu barədə Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Türk” gənclər təşkilatının sədri Ülviyyə Cabbarova məlumat verib.

“İlk səyahətimiz Quba şəhərindəki “Quba Soyqırımı Memorial Kompleksi”nə olacaq. Bu ilin 7 may tarixində sözügedən Kompleksdən canlı olaraq sizi “Zoom” proqramı vasitəsilə seminara dəvət edirəm. Öncə “Zoom meeting” programını yükləməlisiniz və sonra göndərdiyim linkə daxil olaraq, proqrama qoşulacaqsınız. Proqram Bakı vaxtı ilə saat 15.00-da başlayacaq. Xahiş edirəm ki, fəal olaq”, - deyə, Ü.Cabbarova yaydığı bəyanatda bildirib.

O qeyd edib ki, bu səyahətə yerli və digər xalqların nümayəndələri də qoşulacaq.

CANLI YAYIM