“Azərbaycan Qoşulmama Hərakatının zirvə toplantısında bir sıra təkliflər irəli sürəcək” - AÇIQLAMA

“Azərbaycan Qoşulmama Hərakatının zirvə toplantısında bir sıra təkliflər irəli sürəcək” - AÇIQLAMA

26 İyul, 17:54 Sosial mediada paylaşın:

“Bu ilin oktyabrında Qoşulmama Hərakatının zirvə toplantısına ev sahibliyi edəcək Azərbaycan bir sıra qlobal təkliflər hazırlayır. Bakı Sammitində xüsusi olaraq sülh və təhlükəsizlik məsələləri müzakirə ediləcək”. 

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan televiziyasına müsahibəsində ötən gün ölkəmizlə Türkiyə arasında viza rejiminin ləğv olunması ilə bağlı məsələyə də toxunub.

2019-2022-ci illərdə Qoşulmama Hərakatına sədrlik edəcək Azərbaycanın əsas məqsədi bu qurumu beynəlxalq münasibətlərdə qlobal platformaya çevirməkdir. Təşkilatın bu il Bakıda keçiriləcək zirvə toplantısında siyasi məsələlərlə yanaşı, sosial  və iqtisadi sahələrə dair də müzakirələr aparılacaq. Bu barədə məlumat verən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyir ki, zirvə görüşü ilə bağlı yaradılan təşkilat komitəsinə və müvafiq dövlət qurumlarına artıq tapşırıqlar verilib. Onun sözlərinə görə, Azərbaycan hökümətinin sammitdə irəli sürəcəyi təkliflər beynəlxlaq sülh və  təhlükəsizliyin qorunması və təmin olunmasına xidmət edəcək. “Azərbaycan sülh və təhlükəsizlik ixrac edən dövlətdir. Qoşulmama Hərakatının zirvə toplantısında bu, bir daha sübut olunacaq və  rəsmi Bakı yeni istinad nöqtəsi kimi təqdim ediləcək”.

Şöbə müdiri qeyd edib ki, Bakıda keçiriləcək sammit qarşıdan gələn dövr ərzində beynəlxalq müstəvidə olan  məsələlərin müzakirəsi , o cümlədən də BMT -də irəli sürülən davamlı inkişaf, sülh mövzularına qarşlıqlı əlaqəli mövzulardır: “Qoşulamama Hərakatının  müstəvisində və gündəliyində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə əlaqədar olaraq bir bənd də var. Qoşulmama Hərəkatının yekun sənədlərində  Azərbaycanın həyata keçirdiyi müxtəlif layihələr, ölkəmizin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi  qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoqlar və nəqliyyat konspesiyası kimi zəngin təcrübəsi var. Onların da yekun sənəd də ehtiva olunması istiqamətində iş aparılır”.

Ötən gün Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması ilə bağlı məsələyə də toxunan Hikmət Hacıyev bildirdi ki, bu, ölkələrimiz arasındakı strateji dialoqun təzahürüdür: “Ölkələr arasında turuzm, mədəni humanitar əlaqlərin  inkişafına öz əsaslı töhfəsini verəcək. Qarşıdan gələn illər ərzində də ölkələrimizin bu xoş niyyətindən çıxış edərək bu müstəvidə olan hüquqi sənədlərin də davamlı sürətdə tənzimlənməsi kimi məsələlər olacaq”.

Ölkəmizə 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları bu il sentyabrın 1-dən vizasız gələ biləcəklər.

 

 

CANLI YAYIM