Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib

29 Aprel, 10:25 Sosial mediada paylaşın:

İspaniyanın "Barselona" futbol klubunun kapitanı Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib.

Qiymətləndirməni Besoccer portalı ProFootballDB ilə birlikdə aparıb. Siyahı tərtib edilərkən futbolçuların oyuna təsiri, qol və qol ötürmələri, rəqiblərin və turnirlərin səviyyəsini nəzərə alan ELO sistemindən istifadə olunub.

Birinci yerdə maksimum-100 xalla "Barselona" komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo da maksimum xal toplayıb, lakin statistikada argentinalı hücumçudan geridə qalıb. İlk üçlüyü "Arsenal" və "Barselona"nın sabiq oyunçusu Tyerri Anri tamamlayıb. Dördüncü və beşinci pillələrdə isə müvafiq olaraq Luis Suares və Zlatan İbrahimoviç qərarlaşıb.

CANLI YAYIM