UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə olunub

25 İyul, 17:59 Sosial mediada paylaşın:

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında UNESCO-nun Azərbaycanda milli irsin öyrənilməsinə dair fəaliyyəti müzakirə olunub. 

Mərkəzi Elmi Kitabxananın və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə UNESKO-nun  “Günəşə doğru” beynəlxalq İşçi qrupunun Azərbaycan üzrə fəaliyyəti” mövzusuna həsr olunan dəyirmi masa keçirildi.

Kitabxanann direktoru Leyla İmanova 2018-ci ildən UNESKO-nun nəzdində yaradılan kafedra ilə əməkdaşlığ çərçivəsində həyata keçirilən layihələrdən söz açdı. “Qafqaz Tarixi Mərkəzi” İB-nin direktoru Rizvan Hüseynov  “Tarixin işğalı - torpağın işğalı” layihəsi çərçivəsində “Bolgarka” ilə yazılan erməni tarixi” sənədli filmindən danışdı. Dedi ki, Tovuz rayonunun Girzan kəndində və Gədəbəy rayonunun alban məbədlərində çəkilən ekran əsərində xarici elmi təqdiqatçıların, UNESCO nümayəndələrinin fikirləri, həmçinin abidələrimizə qarşı erməni  vandalizminin şahidi olan yerli sakinlərin xatirələri, nadir tarixi faktlar da yer alıb. Tədbirdə tarixi-mədəni irsimizin qorunmasına və araşdırılmasına böyük diqqət yetirilməsi ilə yanaşı,  ölkəmizdə, həm də bütün Qafqaz bölgəsində  bu vaxta kimi qeydə alınmayan abidələrin pasportlaşdırılmasına ciddi zərurətin olduğu vurğulandı.

AzTV, “Xəbərlər”