Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsinə NƏ VAXT başlanılacaq?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsinə NƏ VAXT başlanılacaq?

25 İyul, 16:34 Sosial mediada paylaşın:

Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə iyulun 8-dən başlanan imtahanlar başa çatıb. Builki imtahanlarda 18 min 881 namizəd uğur qazanaraq növbəti mərhələyə keçib. Avqustun 7-dən isə müsabiqənin vakansiya mərhələsinə başlanılacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. 19 fənn üzrə 89 imtahan keçirilib. Ümumilkdə, imtahanlarda 5 min 340 sualdan istifadə edilib. Builki imtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Televiziyasına açıqlamasında bildirib ki, 41 288 namizəd isə müsabiqənin test imtahan mərhələsində iştirak edib: “İmtahan mərhələsinin ilkin nəticələrinə əsasən, imtahanda iştirak edən namizədlərdən 18 881 namizəd imtahanda uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər”.

İmtahanı uğurla keçən namizədlərin müsahibə mərhələsinə başlanılacaq. Bu mərhələdə isə iştirakçıların bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. Avqustun 7-dən müsabiqənin vakansiya mərhələsinə başlanılacaq. Bu il müsabiqəyə ölkənin ümumtəhsil müəssisələrinə 7 min vakant yer çıxarılacaq. 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, işə qəbul üzrə müsabiqədə namizədlərin topladığı bal iki tədris ili qüvvədədir. Onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər”

CANLI YAYIM