Milli Kino Günü qeyd olunacaq

25 İyul, 15:33 Sosial mediada paylaşın:

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  avqustun 2-də  Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunan yubiley tədbiri keçiriləcək.

AzTV.az xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə dövlət studiyalarında son illər görülən işlər haqqında videoçarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulur.

Həmçinin tədbir çərçivəsində dövlət sifarişi ilə istehsal olunan, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunacaq.