Hərbi Prokurorluq HHQ-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb

Hərbi Prokurorluq HHQ-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat yayıb

25 İyul, 13:06 Sosial mediada paylaşın:

İyulun 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Nazirliyinin məlumat yaydığı hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb, Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb. Hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.

Bildirilir ki, hadisə yerinin müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsinin müəyyənləşdirilərək dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

CANLI YAYIM