Azərbaycan Televiziyası “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulub

9 Aprel, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan Dövlət Televiziyası Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulub və yaradıcı bacarığı və xüsusi istedadı olan şəxsləri bu aksiyaya qoşulmağa dəvət edib.

Məlum olduğu kimi, bütün dünyanı bürüyən yeni koronavirus (COVID-19) infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb. Məktəblər, muzeylər, teatrlar bağlıdır, insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyə olunur. Bu çətinliklərə baxmayaraq vətəndaşlarımızın yaradıcı bacarığı, həmişə olduğu kimi, indi də yüksək səviyyədədir. Artıq 2000 çox insan sosial şəbəkələr vasitəsilə “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə yaradıcılığını işə salaraq hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) izləyiciləri ilə #EvdəQalEvdəYarat həştəqi ilə, həmçinin “Kreativ Azərbaycan Facebook səhifəsi”ni qeyd edərək (tag edərək) paylaşır və yaradıcılığı ilə virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirir.

Təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımların dəyərli hədiyyələr qazanmaq üçün şansı olacaq.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

“Evdə Qal, Evdə Yarat” təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109

CANLI YAYIM