Azərbaycanda əhalinin kredit borcları dondurulacaq?

Azərbaycanda əhalinin kredit borcları dondurulacaq?

9 Aprel, 15:22 Sosial mediada paylaşın:

“Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var. Eyni zamanda, onların ölkəmizdə istehsalı istiqamətində də işlər aparılır”.

Baş Nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda belə deyib. Bildirib ki, martın 25-dən etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur və bu tədbirlərin tətbiqi qaçılmazdır.

Əli Əsədov diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir: “Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik istifadə olunacaq”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, vətəndaşların kredit borclarının dondurulması məsələsi müzakirə olunur.

CANLI YAYIM