Musiqili Teatrın balet truppası Dədə Qorqud Festivalında iştirak edir

Musiqili Teatrın balet truppası Dədə Qorqud Festivalında iştirak edir

24 İyul, 13:48 Sosial mediada paylaşın:

Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib.

"Aztv.az" xəbər verir ki, ölkəmizi bu tədbirdə Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edir. Tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunan qonaqlarla yanaşı, qonşu ölkələrdən gələn folklor kollektivləri də iştirak edirlər.

Bir həftə davam edəcək  mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub.

CANLI YAYIM