“Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin peşə təhsili pilləsi üzrə aprelin 6-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9 ) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər (https://video.edu.az/ ) portalından izləyə bilərlər.