Azərbaycanda koronavirusa yoluxmuş iki nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxmuş iki nəfər vəfat etdi

5 Aprel, 19:27 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda 1931-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı şəkərli diabet xəstəsi, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib. Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri, həmçinin ünsiyyətdə olduqları digər şəxslər müəyyən edilir və karantinə götürülür.

CANLI YAYIM