Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib - YENİ TƏYİNAT

Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib -YENİ TƏYİNAT

4 Aprel, 16:56 Sosial mediada paylaşın:

Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Ölkə başçısının digər Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.

CANLI YAYIM