Kəlbəcərsiz 27 il...

Kəlbəcərsiz 27 il...

2 Aprel, 09:00 Sosial mediada paylaşın:

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Kəlbəcərin işğalı nəticəsində 53 min nəfərdən çox soydaşımız öz yurdundan didərgin salınıb, 511 nəfər öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb.

İşğalçılar Kəlbəcərdə olan tarixi-dini, mədəni abidələri də vəhşicəsinə məhv ediblər.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Həmin qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və digər işğal olunan rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin indiyədək işğalçı Ermənistan bu tələblə bağlı öhdəliyini yerinə yetirmir.

CANLI YAYIM