Mərkəzi Elmi Kitabxana oxuculara yeni e-kitabları təqdim edir

1 Aprel, 16:42 Sosial mediada paylaşın:

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Elektron kitablar” bazasında olan, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq, müəlliflik hüququ haqqında razılaşma nəzərə alınmaqla, oxucular PDF kitabları MEK-in saytında yerləşdirilən linkdən oxuya bilərlər.

Bu barədə MEK-dən məlumat verilib.

PDF formatında Həvva Məmmədovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə yuxarı Qarabağda siyasi vəziyyət”, Yusif Ağayevin “İstiqlal yürüşü-1918”, Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət”, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası ( I-II cildlər), “Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti” və digər kitablar təqdim edilir.

CANLI YAYIM