Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

24 İyul, 12:15 Sosial mediada paylaşın:

Ermənitanın Ararat vilayətinin narazı sakinləri İrəvanda Hökümət evi qarşısında izdihamlı nümayiş keçiriblər. Polislə etirazçılar arasında toqquşma yaşanıb.

Ermənistanda etirazların ardı-arası kəsilmir. Əyalətlərdə  narazılıqlar pik həddindəir. Aclıq, səfalət içində yaşayan bölgə sakinlərinin işsizlik, sosial-məişət qayğıları, vəziyyəti daha da gərginləşdirib. 1 il əvvəl  vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə  problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır.  Məmur özbaşınalıqları da sakinlərin səbrini tarıma çəkib. Bunun nəticəsində işğalçı ölkənin 494 kənddən yarısından çoxu boşalıb. Ararat bölgəsinin sakinləri  etiraz əlaməti olaraq İrəvanda hökumət evi qarşısında izdihamlı nümayiş keçirirlər. Onların problemi içməli su və eyni zamanda əkin sahələrinə verilən su ilə bağlıdır. Narazı sakinlər kənd təsərrüfatında suvarılmada indiyədək Göyçə gölündən istifad ediblər. Ancaq kanallar quruduğundan əkin sahələri məhv olub. Sitat: “Bizim məşğuliyyətimiz, dolanışığımız ancaq əkinçilikdir. Min cür əzab-əziyyətlə əkdiyimiz sahələr susuzluqdan məhv olub gedir. Bura toplaşanaların əksəriyyəti banklara faiz ödəyirlər. Bağçılığın inkişafı üçün mən də bankdan 5 min dollar kredit alıb 7 hektar torpaq sahəsinə  üzüm tingi əkdim. Hamısı qurudu. Qoy Paşinyan aşağı düşüb cavab versin. Biz bankın faizlərini necə qaytaracağıq. Nə özü qarşımıza çıxır, nə də nümayəndələri. Sanki Hökumət evi istirahət yerləridir.  Biz burda problemlərin içində boğuluruq, Ararat vilayətin başçısı Hayk Qriqoryanı isə göndərib məzuniyyətə. Qrioryanın və onun yaxın qohumlarının əkin sahələrinə su verilir. İçməli su sarıdan da əziyyət çəkirik. Əgər Paşinyan bizimlə görüşüb məsələyə aydınlıq gətirməsə onda biz daha qətiyyətli addımlar atacağıq və oturaq aksiyalara başlayacağıq”. Etirazçılar hökumət binasının qarşısındakı mərkəzi küçəni də bağlayaraq hərəkəti iflic ediblər. Polislə etirazçılar arasında toqquşma yaşanıb.