Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı 2020-ci il 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar qeyd edir ki, təşkilat “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.
Həmçinin qeyd olunur ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır.