Bu gün AzTV-də "Eyvana çıx" layihəsi start götürdü.
Aparıcılar Eldar və Nigar estafeti xalq artisti Aygün Bəylərə ötürdülər.
Növbəti buraxılış həftənin çərşənbə günü saat 14.30-da efirdə olacaq.
Aygün Bəylərlə qonşu olanlar yarım saatıq canlı ifadan həzz ala biləcəklər.
Digər tamaşaçılar isə eyni hissi AzTV-nin efirində yaşaya bilərlər.
Qeyd edək ki, “Eyvana çıx” adlı yeni proqram xüsusi karantin rejimi davam etdiyi müddətdə canlı yayımlanacaq.