“Mədəniyyət” kanalı xüsusi karantin rejimi ilə bağlı “GƏLƏCƏYİNİ DÜŞÜN, EVDƏ QAL” adlı yeni layihəyə start verib

30 Mart, 15:23 Sosial mediada paylaşın:

“Mədəniyyət” kanalı karantin rejimi ilə bağlı daha bir layihə təqdim edir.

Kanal  və Mədəniyyət Nazirliyi birgə, “Gələcəyini düşün, #Evdə qal” aksiyasına start verib. Milli konservatoriyanın müəllim və tələbə heyətinin, həmçinin müxtəlif məşhur incəsənət xadimlərinin çağırışı böyük maraq doğurub. Paralel olaraq Mədəniyyət və İncəsənət Universitetinin “Evdə qal, musiqisiz qalma” layihəsininə “Mədəniyyət” kanalı dəstək olub.

Layihə çərçivəsində tələbələr evlərində çəkdikləri videolarla öz musiqi, ifa bacarıqlarını nümayiş etdirirlər.

Aprel ayının 1- dən etibarən Mədəniyyət Nazirliyi ilə birgə “Musiqi dərsi” saat 18:30-da, “Bizi birləşdirən Mədəniyyət” verilişi isə saat 19:00-da həftəiçi 6 gün canlı yayımlanacaq.

Yaxın günlərdə isə “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə birgə daha bir neçə layihəsini təqdim edəcək.

CANLI YAYIM