Neftin qiymətindəki volatillik 2007-ci ildən bəri ən yüksək səviyyədədir

Neftin qiymətindəki volatillik 2007-ci ildən bəri ən yüksək səviyyədədir

30 Mart, 13:52 Sosial mediada paylaşın:

Xam neftin qiymətindəki volatillik 2007-ci ilin may ayından indiyədək ən yüksək səviyyədədir.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, buna səbəb koronavirusun mənfi təsirləri və neft tədarükünün kəskin artmasıdır.

EIA-ya görə, koronavirusun qlobal miqyasda iqtisadi böhrana səbəb olması, eləcə də Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrlə müttəfiqlərindən ibarət olan “OPEC+” koalisiyasının neft hasilatının azaldılması barədə qərar qəbul edə bilməməsi nəticəsində bu ay neftin qiymətində kəskin volatillik müşahidə edilib. Belə ki, neftin qiymətindəki volatilliyi göstərən “OVX indeksi” martın 20-də 190 səviyyəsinə çatıb və bu, 2007-ci ilin may ayından bəri ən yüksək səviyyədir.

“Light” markalı xam neftin bir barrelinin qiyməti martın 9-da 25 faiz ucuzlaşıb, martın 10-da isə 10 faiz yüksəlib. Martın 18-də qiymət yenidən 24 faiz ucuzlaşıb, martın 19-da isə 24 faiz artıb. “Brent” markalı neftin bir barelinin qiyməti isə martın 9-da 24,1 faiz ucuzlaşıb və martın 10-da 8,3 faiz bahalaşıb. Qiymət martın 18-də 13,4 faiz azalıb və martın 19-da yenidən 14,4 faiz artıb”, - deyə EIA-nın məlumatında qeyd olunur.

Digər tərəfdən, ABŞ-da “dəhşət indeksi” və ya “VIX indeksi” olaraq bilinən, eləcə də “Standard & Poor's 500 indeksi”ndəki volatilliyi göstərən “CBOE volatillik indeksi” martın 16-da 82,7 səviyyəsinə çatıb və bu, 2008-2009-cu illər qlobal maliyyə böhranından bəri ən yüksək səviyyədir.

CANLI YAYIM