Paytaxtda ərzaq mağazalarında bəzi vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etmirlər.
AzTV-nin əməkdaşları Bakı marketlərindən birində müşahidələri zamanı bu halın şahidi olub. Canlı bağlantı zamanı da vətəndaşların əlcəkdən istifadə etmədən məhsullara toxunduğu, maska taxmadığı, 2 metrlik sosial məsafəni qorumadığı əks olunub.