“Çölə çıxmayın!” - Polis səsgücləndiriclərlə əhalini evdə qalmağa səsləyir

26 Mart, 15:03 Sosial mediada paylaşın:

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda da davam etdirilir.

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı prosesə qoşularaq, müxtəlif ərazilərdə səsgücləndiricilərlə insanları maarifləndirir, məcbur olmadıqca evdən çölə çıxmamağa səsləyir.

AzTV-nin əməkdaşları maarifləndirmə tədbirlərinin həyata keçirildiyi ərazilərdən birində - Bayıl qəsəbəsində olub. Canlı bağlantı zamanı küçələrdə kifayət qədər çox adamın, hətta evdən çölə çıxması qadağan edilən – yaşı 65-dən çox olan şəxsin olduğu əks olunub.

Polis belə şəxsləri maarifləndirir, onlara pandemiyanın ölüm təhlükəsini nəzərə alaraq, küçəyə çıxmamalı olduqlarını çatdırır.