Bölgələrdə dezinfeksiya işləri davam etdirilir

Bölgələrdə dezinfeksiya işləri davam etdirilir

25 Mart, 15:48 Sosial mediada paylaşın:

Qlobal pondemiyanın daha geniş ərazidə yayılmasının qarşısın almaq üçün bölgələrdə sanitar-proflaktik tədbirlər intensivləşib. Ölkənin Cənubunda proses davamlı olaraq və geniş şəkildə həyata keçirilir. İranla həmsərhəd ərazilərlə yanaşı, rayon və şəhər mərkəzləri mütəmadi dərmanlanır.

Nazirlər kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq bütün ölkə ərazində kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışır.

Digər bölgələrlə yanaşı cənub bölgəsində dezinfeksiya işləri daha intensiv xarakter alıb. Hazırda bu bölgədə park və xiyabanlar dezinfeksiya olunur. Eyni zamanda bütün küçə və prospektləri xüsusi maşınlarla dezinfeksiay edici məhlullarla yuyulur.

Dezinfeksiya işləri ayri-ayrı əraziləri əhatə etməklə gündəlik olaraq aparılır. Prosesin həyata keçrilməsində fasilə yaranmasın deyə, Gigiyena və Epidemiologiya mərkzi lazımı texnika və dərmanlarla təchiz olunub. Ümumiyyətlə bölgədə bütün təhsil, səhiyyə və mədəniyyət müəssisələri tam dezinfeksiya olunub. Parklar, avtobus dayanacaqları və səkilər, o cümlədən yaşayış binalarının həyətləri və girişləri də dərmanlanır.

Bu iş koronavirusun tüğyan etdiyi İranla qonşu ərazilərdə daha intensiv aparılır.

CANLI YAYIM