Ekspress avtobuslar yalnız metro stansiyalarının çıxışlarında dayanacaq

Ekspress avtobuslar yalnız metro stansiyalarının çıxışlarında dayanacaq

25 Mart, 11:50 Sosial mediada paylaşın:

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar artıq ekspress avtobuslar xəttə buraxılıb.

M1 və M2 ekspress marşrutları səhər saat 6-dan axşam saat 10-a qədər fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyaların çıxışlarında olan məntəqələrdə dayanacaq. M1 xətti ümumilikdə 11 metrostansiya, M2 xətti isə 15 metrostansiyada 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin katibi Mais Ağayevin sözlərinə görə ekspress xətlər üzrə həyəkət edən avtobuslar fəaliyyət göstərdiyi müddətdə müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

CANLI YAYIM