Yaxın günlərdə Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq

Yaxın günlərdə Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq

24 Mart, 21:41 Sosial mediada paylaşın:

Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq.

Bu barədə TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilir ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maska olacaq. “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, - deyə məlumatda vurğulanır.

 

CANLI YAYIM