Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

24 Mart, 21:01 Sosial mediada paylaşın:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Muxtar respublikada “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” həmin Fərmanla təsdiq edilib. Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fərmandan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.