“Mədəniyyət” kanalında YENİ LAYİHƏ

24 Mart, 14:11 Sosial mediada paylaşın:

“Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi birgə “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verir.

Layihə çərçivəsində həftə içi 5 gün telemusiqili dərslər təşkil olunacaq. Dərslərdə müxtəlif musiqi alətləri üzrə, həmçinin müxtəlif siniflərin proqramı təqdim olunacaq.
Həftə içi 6 gün uşaqlar üçün kukla teatrının əməkdaşları 15 dəqiqə ərzində nağıl tamaşaları nümayiş etdirəcəklər.

Eyni zamanda, Azərbaycan Dövlət Akademik Filarmoniyasından kiçik qrupların müxtəlif musiqi parçaları təqdim olunacaq.

Layihə çərçivəsində Beynalxalq Muğam Mərkəzinin musiqiçilərinin də təqdimatları olacaq. Həftəiçi 5 gün 3 musiqiçi ilə milli xalq mahnıları, həmçinin instrumental milli rəqs havaları (aralarında 2 metr məsafə saxlamaqla) təqdim olunacaq.

Nəhayət, verilişdə həftədə iki dəfə müxtəlif tamaşalar və ya pyeslərdən monoloqlar təqdim ediləcək.