Nazir müavini: “Koronavirusa yoluxanlardan 10 nəfəri sağalıb”

23 Mart, 23:01 Sosial mediada paylaşın:

“ÜST-ün tövsiyələrinə əsasən Azərbaycanda koronavirusla bağlı 10 mindən çox testləşmə aparılıb”.

Bu sözləri ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov  bildirib: "Koronavirus aşkar olunan şəxslər qeydiyyatdadır. Virusa yoluxanlarla təmasda olan şəxslər də aşkarlanır və karantinə götürülür. İndiyə kimi koronavirusa 72 yoluxma faktı qeydə alınıb. Onlardan ikisi xarici ölkə vətəndaşıdır. Yoluxanlardan 10 nəfəri sağalıb, bir nəfər vəfat edib. Hazırda profiloktik tədbirlər davam etdirilir”.