Dezinfeksiya işləri davam edir -REPORTAJ

23 Mart, 15:54 Sosial mediada paylaşın:

Koronavirus - COVID-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Bu məqsədlə paytaxtın bir sıra küçə və prospektlərində dezinfeksiya işləri həyata keçirilib.

Paytaxtda aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə şəhərin kommunal xidmətlərinin kollektivi xüsusi gücləndirilmiş iş rejimində çalışır. Hər gün xüsusi dezinfeksiyaedici məhlullarla küçə və prospektlər, yol kənarlarındakı məhəccərlər yuyulur.  Bu işlər təsdiq edilən qrafikə uyğun mərkəzi ilə yanaşı paytaxtın digər ərazilərində də aparılır. Prosess gündəlik olaraq səhər saat 6-dan 8-dək, axşam saatlarında isə saat 21-dan 23-dək xüsusi texnikalar vasitəsi ilə həyata keçirilir.

Dezinfeksiya işləri, eyni zamanda gündəlik olaraq yaşayış binalarının ümumi istifadə yerlərində, giriş bloklarında, konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində aparılır. Bundan başqa qabaqlayıcı və maarifləndirici tədbirlər də görülür.

Nuray Mustafa