Koronavirusa görə “Yallı gedək” - ÇAĞIRIŞ

Koronavirusa görə “Yallı gedək” - ÇAĞIRIŞ

20 Mart, 13:03 Sosial mediada paylaşın:

Novruz bayramı Azərbaycanın milli bayramı, mədəni sərvətidir. Təəssüf ki, bu il xalqımızın minilliklər boyu adət-ənənələrə uyğun qeyd etdiyi bu gözəl bayram bütün dünyanı bürümüş koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsində kütləvi el şənliklərlə qeyd edilmir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, yaranmış vəziyyəti nəzərə alaraq idarə bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə dünya azərbaycanlılarını və bütün sənətçi dostlarını, mədəniyyət və incəsənət xadimlərini evlərindən, olduqları yerlərdən “Yallı gedək” çağırışına qoşulmağa dəvət edir.

Qeyd edək ki, Qeyri-maddi mədəni irsin qorunması üzrə Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahı”sına daxil edilmiş, qədim köklərə malik, milli musiqi tariximizdə özünəməxsus yeri olan “Yallı” rəqsi birlik və həmrəylik rəmzidir.

CANLI YAYIM