“Eurovision” mahnı müsabiqəsi təxirə salındı

“Eurovision” mahnı müsabiqəsi təxirə salındı

18 Mart, 17:48 Sosial mediada paylaşın:

“Eurovision 2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınıb.

Təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməliydi.

CANLI YAYIM