Kapoeyra döyüşçüləri AzTV-də

Kapoeyra döyüşçüləri AzTV-də

14 Mart, 14:05 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) "Gənclik stansiyası"nın budəfəki buraxılışında kapoeyra rəqs-döyüş sənətindən bəhs olunub.

Bu döyüş növü ilə məşğul olan gənclər Kapoeyranın fəlsəfəsindən, yaranma tarixindən və texnikalarından bəhs ediblər, müxtəlif döyüş-rəqs nömrələri nümayiş etdiriblər. 

Qeyd edilib ki, Braziliyaya gətirilən afrikalı kölələr rəqs adı altında bu döyüş növünü yaradıblar.

Kapoeyrada əllərin məhdud şəkildə istifadəsi kölələrin əllərinin bağlı olması ilə əlaqədar olub. Sonralar onlar bu döyüşdən istifadə edərək öz sahiblərindən qaçaraq azad olurlarmış. 

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Lent.az İnformasiya Agentliyidir. Verilişin tam versiyasına mətnin içərisindəki videomaterialda baxa bilərsiniz.

CANLI YAYIM