“Könüllü döyüşçü”nün yayımlanacağı tarix açıqlanıb

13 Mart, 16:18 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının yeni layihəsi olan “Könüllü döyüşçü”nün ilk buraxılışı martın 14-də yayımlanacaq.

İlk verilişdə ASAN könüllüləri ilə “Formula-1” könüllüləri arasında qızğın mübarizə gedəcək.

Hərbi vərənpərvərlik mövzusuna həsr olunmuş veriliş saat 13:30-da yayımlanacaq.

Xatırladaq ki, AzTV-də hərbi vətənpərvərlik mövzusunda daha bir veriliş efirə verilir. “Döyüşçü” adlanan proqramın aparıcısı Vasif Acalovdur. “Döyüşçü” hər bazar 13:00-da yayımlanır.