Azərbaycanlı mütəxəssislərdə koronavirus şübhəsi - “Dəli inək” şousu davam edir?

Azərbaycanlı mütəxəssislərdə koronavirus şübhəsi - “Dəli inək” şousu davam edir?

13 Mart, 15:00 Sosial mediada paylaşın:

Koronavirus infeksiyası ilə bağlı əsası olmayan, xof yaradan məlumatlar yayılır. Əsasən də sosial şəbəkələrdə feyk xəbərlərin sayı çoxalıb. Mütəxəssislər bildirirlər ki, xəstəliklə bağlı dezinformasiyanın yayılması xəstəliyin özündən daha ziyanlıdır.

Virus haqda informasiyanın yayılmasında ənənəvi və sosial medianın davranışını necə qiymətləndirmək olar?

Bütün bu məsələlər ətrafında aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən AzTV-nin “Əsas məsələ” tok-şousunda Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, “Ayna” qəzetinin təsisçisi Elçin Şıxlının, “Azpost.info” internet qəzetinin baş redaktoru Xəqani Səfəroğlunun və sosial şəbəkələr üzrə ekspert Sənan Nəcəfovun iştirakı ilə müzakirələr aparılıb.

Elçin Şıxlı deyib ki, rəsmi qurumlar məlumatları hamıdan tez və çevik şəkildə versələr, şayiələrin qarşısını almaq daha asan olardı: “Koronavirusla bağlı dezinformasiya xəstəlikdən daha təhlükəlidir. Sosial şəbəkələr demokratik mühiti ifadə edir. Ancaq bu müstəvidə də informasiya boşluğunun yaranmaması üçün rəsmi strukturlar dayanmadan informasiya verməlidir ki, artıq söhbətlərə yer qalmasın”.

Arif Əliyev qeyd edib ki, mənbələrin etibarlılığı və ictimaiyyətin informasiyanı çeşidləmək problemi var: “Media və sosial media məsələyə məsuliyyətlə yanaşmalıdır . Saxta xəbərlərlə mübarizə texnologiyaları işə salınmalıdır, amma prokurorluq yox. Feyk-nyusun ən böyük təhlükəsi odur ki, o, həqiqətin yanlış interpretasiyasıdır. İkincisi, feyk-nyus Azərbaycana əsasən xaricdən yayılır. Bizim daxili mənbələrdən yayılan saxta informasiyalar kənardan daxil olanların yanında heç nədir. ABŞ ötən il təkcə bu tip xəbərlərlə mübarizəyə 300 milyon dollar vəsait ayırdı”.

Sosial media üzrə ekspert Sənan Nəcəfov ümumiyyətlə koronavirusun olduğuna inanmır. Ekspert fikrini belə əsaslandırır ki, “Dəli inək”, “Quş qripi”, “Ebola” və s. viruslar haqqında sosial media şou yaradıb.

CANLI YAYIM