Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

12 Mart, 15:22 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

CANLI YAYIM